Ölkə

Məşhur bloger azərbaycanlı avtoritetin “Bentley”si ilə qəza törətdi

Noyabrın 14-də Rusiyanın Yekaterinburq şəhərində 22 yaşlı azərbaycanlı blogger “Bentley” markalı avtomobillə qəza törədib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, “Bentley” markalı avtomobilin sürücüsü Bebelya küçəsi ilə hərəkət edib. O, Yol Hərəkəti Qaydalarının 9.2-ci bəndini pozaraq qarşıdan gələn nəqliyyat üçün nəzərdə tutulan zolağa çıxıb və orada küçədən sola dönən “Hyundai” markalı avtomobillə toqquşub.

O da bildirilir ki, toqquşmadan sonra “Bentley” yolun hərəkət hissəsindən çıxaraq lampaya çırpılıb. Hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qəzanın günahkarının 3 il ərzində 194 dəfə cərimə olunduğu deyilir.

Məlumata görə, “Bentley” markalı avtomobili azərbaycanlı blogger Emil İ. idarə edib. O da qeyd olunur ki, avtomobil əvvəllər azərbaycanlı kriminal avtoritet Marsel Həsənova məxsus olub.




Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button