Ölkə

Dəhşətli OLAY: Sosial media fenomeni canlı yayımda həmkarını güllələdi

Türkiyədə Cansum Şener və Çağlayan Yıldırım adlı sosial media fenomenləri arasında dava düşüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Dava zamanı Şener həmkarı Yıldırımı tapança ilə vuraraq yaralayıb. Hadisə anını canlı yayımda paylaşan Çağlayan Yıldırım müalicə üçün xəstəxanaya aparılıb.

İnsident Ankaranın Sincan rayonunda baş verib. Aralarında düşmənçilik olduğu öyrənilən qadınlar paylaşdıqları məkanda görüşüblər. Tərəflər arasında yaranan mübahisə zamanı Cansum Şener Çağlayan Yıldırımı tapança ilə ayağından vuraraq yaralayıb.

Şener sevgilisi ilə hadisə yerindən qaçıb, lakin qısa müddətdə tutularaq saxlanılıb. Şenerin 80 cinayət qeydinin olduğu və hadisədə istifadə edilən sənədsiz silahın da ələ keçirildiyi öyrənilib. İstintaq davam edir.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button