Ölkə

Bu kəndi su basdı – sakinlər köçürülür

Son aylar havanın yağıntılı keçməsi səbəbindən Şəkinin Babaratma kəndində problemlər yaranıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Əyriçay su anbarında suyun səviyyəsinin qalxması nəticəsində 11 evi su basıb. İki aydan çoxdur sakinlər çıxılmaz vəziyyətdə qalıblar.

Sakinlər bildirirlər ki, evlərinə və təsərrüfatlarına dəymiş zərərə görə onlara kompensasiya verilməyib.

Məsələ ilə bağlı Əyriçay Su Anbarı İstismar İdarəsinin sahə rəisi Əsgər Abdullayev bildirdi ki, su anbarı Şəki və Qax rayonlarının suvarma suyu ilə təmin edilməsi məqsədilə layihələndirilib və hazırda layihənin ikinci mərhələsi üzrə intensiv işlər aparılır.

Qeyd edək ki, 43 ev və 1 məktəb binası Babaratma kəndindən, 7 ev isə Qaradağlı kəndinən Şorsu qəsəbəsinə köçürüləcək.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button