Belə mağazalarda brendləri ucuz qiymətə almaq olur
Bəzi insanlar maddi imkanı yaxşı olmasa belə keyfiyyətli mallara üstünlük verirlər. Brendlər isə endirimi müəyyən aylarda edilər. Lakin, elə mağazalar var ki, həmin yerlərdə brend məhsulları daim endirimlə almaq mümkündür.
Milli.Az xəbər verir ki, bunlar outlet mağazalardır. Outlet mağazalar adətən bir brendin və ya pərakəndə şəbəkənin məhsullarını endirimli qiymətlərlə təklif edən mağazalardır. Bu mağazalarda mallar, keçmiş mövsümün kolleksiyaları, artıq qalmış ehtiyatlar və ya istehsal xətası olan məhsullar olur. Outletlər müştərilərə orijinal brend məhsullarını daha sərfəli qiymətlərlə almaq imkanı yaradır. Belə mağazalar həm fiziki olaraq ticarət mərkəzlərində, həm də onlayn platformalarda fəaliyyət göstərə bilər.
İsmayıl
Milli.Az