Ölkə

Hamı mənə Röya Ayxanın videosunu yollayır

“Telefonu aça bilmirəm. Nə qədər video göndərirlər. 2018-2019-cu illərdən vloqlar çəkməyə başladım. Azərbaycanda sənətçilər arasında bunu ilk mən etdim. Sonra bir marka rəhbəri oldum. Sənətçi və marka rəhbəriyəm”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Lətifə Söyüöz sosial şəbəkədəki paylaşımında deyib. Sənətçi Xalq artisti Röya Ayxanın baxımla bağlı videosunu ona yollayanlara səslənib:

“Hamı mənə Röya Ayxanın videosunu yollayır: səhər qəhvəsini içdi, üzünə baxım etdi. Çox gözəl. Bunu neqativ məqsədlə yollamayın. Bunu müsbət qarşılayıram, sevinərək baxıram. Biz “ByLati” işinə başlayanda və səhər baxımının nə qədər önəmli olduğunu deyəndə hər kəsə məsləhət verdik. 2019-cu ildən belə videolar çəkirəm. Hər kəsi dəriyə qulluq etməyə çağırdıq. Sevinirəm ki, Röya Ayxan da belə video çəkib. Hamıdan səhər baxımı, üzə qulluqla bağlı videolar gözləyirəm. Dünəndən mesaj bölümüm dağılır. Çox gözəl, sevinirəm”.




Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button