İqtisadiyyat

“Hamımız karbonsuz gələcəyə doğru addımlayırıq”

Avropaya “yaşıl” enerji nəql etmək üçün Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinin icrası Azərbaycanın etibarlı enerji tədarükçüsü kimi rolunu möhkəmləndirəcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Trend-ə Oksford Enerji Tədqiqatları İnstitutunun (OIES) baş elmi işçisi Culian Bouden deyib.

Onun fikrincə, bu iddialı layihədir.

“Texniki və kommersiya məsələləri həll olunmalı, fiziki kabel çəkilməlidir. Həmçinin bu marşrutla verilməsi üçün elektrik enerjisinin istehsalı təmin edilməlidir. Bütün bunları etmək alınarsa, bu layihə Azərbaycanın Avropaya enerji nəql edən etibarlı tədarükçü kimi rolunu möhkəmləndirəcək”, – o, deyib.

Bütünlükdə Azərbaycanın Avropanın dekarbonizasiyasına töhfəsindən danışan ekspert Azərbaycan qazının Avropada kömür istehlakının azalmasında və bununla dekarbonizasiyada rol oynadığını qeyd edib.

“Biz hamımız karbonsuz gələcəyə doğru addımlayırıq və bütün ölkələr bu prosesin fərqli mərhələlərindədir. Azərbaycan müəyyən mənada şanslıdır ki, kömürü enerji balansından çıxarmaq məcburiyyətində deyil – o, bunu onilliklər öncə edib”, – deyə Bouden əlavə edib.

O, həmçinin Azərbaycanın hazırda külək və günəş enerisi sahəsində layihələr həyata keçirdiyini, ölkənin Avropada “yaşıl” enerjinin iri tədarükçüsünə çevrilməzdən əvvəl hələ uzun yol qət etməli olduğunu qeyd edib.

Xatırladaq ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyanın Qara dəniz sahillərinədək elektrik kabelinin çəkilməsi haqqında saziş imzalanıb. Saziş çərçivəsində Gürcüstan və Rumıniya arasında min meqavatadək gücə malik 1 195 kilometr uzunluqda elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin uzadılması planlaşdırılır. Kabel Azərbaycanda istehsal olunan “yaşıl” elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və oradan Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button