Siyasət

Qarabağdakı ermənilər separatçı “başçıların” əlində oyuncağa çevrilib

Qarabağda yaşayan ermənilər dərk etsəydilər ki, keçirdikləri mitinqlərin bir əhəmiyyəti yoxdur, onlar bunu etməzdilər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Trend-in suallarını cavablandırarkən politoloq İlqar Vəlizadə deyib.

O qeyd edib ki, Qarabağda yaşayan ermənilər separatçı “başçıların” əlində oyuncağa çevrilib.

“Azərbaycan tərəfi Rusiya sülhməramlıların müvvəqqəti yerləşdiyi əraziləri həqiqtən blokadaya alsaydı, heç bir maşın, nəqliyyat vasitəsi o ərazilərə buraxılmazdı. Ermənilərin indi blokadadan danışmasının heç bir əsası yoxdu. Ermənilər öz özlərini blokadaya salır. Blokadada yaşayan ölüm ayağında olan insan kənardan gələn yardım əlindən imtina edər mi? Yox. Deməli bu siyasi oyundan başqa bir şey deyil. Bir daha onu görürürük ki, ermənilər onların seperatçı rəhbərlərinin əlində oyuncağa çevrilib. Guya acından ölürlər, imkanları yoxdu və onlara təklif edilən yardımlardan imtina edirlər. Burada Azərbaycanın günahı yoxdur. Artıq onlarla söhbət etmək mümkün deyil, onlar heç nəyi qavramırlar. Onlar deyirlər ki, bizim qidamız, gündəlik istifadə üçün dərman, başqa lazımi vəsaitlərimiz yoxdur. Onda bu günlər ərzində necə yaşayıblar? Bu qidalarla ləvazimatlarla necə təmin olunublar? Bu bir sualdır və bu sual bizim üçün də xarici müşahidəçiləri üçün də aydındır. Ona görə ermənilərin etidkləri heç bir nəticə verməyəcək”, – deyə İ.Vəlizadə bildirib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button