Ölkə

Bakıdan bu şəhərlərə aviareyslər açılır

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanın iki şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

AZAL-dan Milli.Az-a verilən məlumata görə, 15 sentyabrdan Bakı-Ər-Riyad-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri, Bakıdan Dammama isə reyslər bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Səudiyyə Ərəbistanının əzəmətli paytaxtı Ər-Riyad və şərq sahilinin ləl-cəvahiratı Dammam öz gözəlliyi ilə heyran edir. Bu tarixi və müasir şəhərlər səyahətinizi xüsusi və unudulmaz etmək üçün unikal imkanlar təklif edir.

Qeyd edək ki, AZAL Səudiyyə Ərəbistanının digər iki şəhəri – Ciddə və Mədinə şəhərlərinə də uçuşlar yerinə yetirir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button