Ölkə
Yataq xəstəsinin qızıllarını oğurladı
İyulun 18-də Quba rayonunda yaşayan yataq xəstəsi olan 67 yaşlı qadının qızıl sırğa və üzüyünün soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 2-ci Nügədi kənd sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Əhməd Məstanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Milli.Az