Ölkə

Qlobal Media Forumunun iştirakçıları Şuşaya çatıb

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu başlayır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, forumun iştirakçıları Füzuli Beynəlxalq hava limanından sonra Şuşaya gəliblər.

Tədbirə ümumilikdə 120 media subyekti və 50 ölkədən 250-dən çox qonaq qatılacaq. Açılış mərasimindən sonra forum sessiyalarla davam edəcək.

Sessiyalarda medianın gələcəyi – rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislər tərəfindən panel müzakirəyə çıxarılacaq.

Qlobal forum çərçivəsində, eyni zamanda, bəzi paralel tədbirlərin – sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.

Forum 23 iyul axşama qədər davam edəcək.

——-

11:20

Azərbaycan Medianın İnkişafı Agentliyinin təşkil etdiyi “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumunda iştirak edəcək nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanına gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, forumda iştirak edəcək nümayəndə heyəti ümumilikdə 50 ölkədən 120 media subyekti, 250-dən çox qonaqdan ibarətdir.

Forum iştirakçıları daha sonra Şuşa şəhərinə gedəcəklər.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button