Ölkə

“Natəvan vəfat edəndə orada idim”

Xəbər verdiyimiz kimi, ötən gün aparıcı Natəvan Babayeva vəfat edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı dünyasını dəyişərkən keçmiş iş yoldaşı, Əməkdar jurnalist Ləman Ələşrəfqızı yanında olub. Bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Ləman onunla son görüşünü belə xatırlayıb:

“Salam Natış. Necəsən? Təəccüblə üzümə baxdı. Səsim tanış gəldi, ya üzüm, bilmədim. Heç nə demədi. Ona qulluq edən başıörtülü xanıma narazı səslə dedi: 

– Çağırın da tibb bacısını…

Qadın məni işarə edərək soruşdu: 

– Xanımı çölə çıxardım?

Əli ilə “yox” işarəsi etdi. 

– Tibb bacısını çağırın, axı mən gecə heç nəfəs ala bilməyəcəyəm. 

– Natış….

Mənə sıfır reaksiya…

Amma danışır, qıvrılır, nəfəsi gedir, can çəkişir.

Palatadan çıxdım. Hönkürə-hönkürə. Kimsə mənə kiçik əl dəsmalını verdi. 

Alın, təmizdir-dedi. 

Göz yaşlarımı silə-silə dəsmalın ayrılıq olduğunu xatırladım. Əlvida, Natəvan. Tanrı dağında görüşənədək”.

Qeyd edək ki, bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən N.Babayeva iyulun əvvəlində müalicə üçün Türkiyəyə getmək istəyərkən hava limanında halı pisləşmiş və bu səbəbdən xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button