Ölkə

Ağcabədidə müxtəlif cinayət əməllərində şübhəli bilinən şəxslər saxlanılıblar

Ağcabədidə müxtəlif cinayət əməllərində şübhəli bilinən şəxslər saxlanılıblar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə rayonun Avşar kəndi ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilib. Keçirilən əməliyyatla oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun Yuxarı Avşar kənd sakini Aslan Xanlarov olduğu müəyyən edilib. Araşdırmalarla onun mağazadan kontur, siqaret və pul oğurladığı aşkar olunub.

Polis əməkdaşların keçirdikləri digər bir tədbirlə isə narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil etməkdə şübhəli olan şəxs də saxlanılıb. Onun rayon sakini Vüqar Əliyev olduğu müəyyən edilib. Saxlanılan şəxsin yaşadığı ünvanda aparılan müvafiq axtarış zamanı aqrotexniki üsulla yetişdirilən çətənə bitkiləri aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də istintaq davam edir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button