Ölkə

Dondurma alarkən diqqətli olmaq lazımdır

Havalar isindikcə dondurmaya olan tələbat da artır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Amma bəzən dondurmadan istifadə fəsadsız da ötüşmür.

Ona görə də təhlükə ilə qarşılaşmamaq üçün dondurma alarkən son dərəcə diqqətli olmaq lazımdır. Çünki hər dondurmanın saxlanılma və istifadə müddəti fərqlidir.

Milli.Az bildirir ki, mövzu ilə bağlı texnoloq Ramil Talıbov “Xəzər Xəbər”ə bildirib ki, bəzən dondurmanın hazırlanma qaydalarına ciddi riayət olunmur.

Mütəxəssis deyir ki, bu qida növü mütləq gigiyenik tələblərə cavab verməlidir. Əriyəndən sonra yenidən dondurulan dondurmalar zəhərlənməyə səbəb ola bilər. Həmçinin satış şəbəkələrində yaranmış problem də qidanın tərkibinə təsir edə bilər.

Onun sözlərinə görə, dondurmanın saxlanma rejiminə düzgün diqqət edilməlidir. Saxlanma şəraitinə əməl edilməyən yerdən isə dondurmanın alınması tövsiyə edilmir.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 11 yerli istehsalçıya məxsus 21 dondurmadan nümunələr götürülərək müayinə aparılıb. Sınaq nəticələrinə əsasən, 17 nümunədə uyğunsuzluq aşkar edilməyib. 3 istehsalçıya məxsus 4 məhsulda isə uyğunsuzluq aşkarlanıb. Qeyd edilən müəssisələrdə plandankənar yoxlama həyata keçirilərək qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button