Uncategorized

Bəs Qarabağ erməniləri blokadada idi?! – Ermənilərin Laçın postundan növbəti sərbəst keçidi – VİDEO

Bu gün Laçın-Xankəndi yolunun başlanğıcında, Laçın sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı videogörüntüdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.

Görüntülərdən də aydın olduğu kimi, Qarabağın erməni əhalisi çox sərbəst və təhlükəsiz şəkildə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiətilə sərhəd-buraxılış məntəqəsindən keçiblər.

Qeyd edək ki, bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisi olmaqla yanaşı Ermənistan hakimiyyətinin və qondarma rejim qalıqlarının hay-küy salaraq guya “Azərbaycan bizə qarşı humanitar böhran yaradır. Bakı Qarabağdakı erməniləri blokadada saxlayır” kimi şoularını növbəti dəfə ifşa etmiş olur.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button