Ölkə

Oğlu efirdə Əlikram Bayramovdan şikayət etdi

Müğənni Əlikram Bayramovun oğlu Qalib atasından şikayətlənib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, “Xəzər Axşamı” proqramında qonaq olan ifaçı atasının tərs olduğunu, toylarda ona oxumaq üçün şərait yaratmadığını etiraf edib:

“Atam tərs adamdır. Məsələn, hərdən bir yerdə toylara düşürük, mənə yer vermir, məndən əvvəl girir”.

Ə.Bayramov isə oğluna zafatyana “axşam evə getməyəcəksən, bala?” – deyə irad tutub.

Verilişdə qonaq olan meyxanaçı Orxan Lökbatanlı isə Əlikram Bayramovun məclisi idarə etmək üçün bu addımı atdığını bildirib:

“Qalib, bu söhbətlərdən sonra evə taksi ilə getməli olacaqsan. İstəyirsən, gedək bizdə qal. Əlikram müəllim professional adamdır, harda nə oxumaq lazımdır bilir. O bizdən böyükdür, sənətkardır. Oxumağı hər adam bacara bilər, amma məclisi idarə etmək çox çətindir. Mən dəfələrlə onunla birgə el şənliklərində olmuşam, bunu görmüşəm”.

Həmin görüntüləri təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button