Ölkə

“ARB 24” ilə Qırğızıstanın “Ala Too 24” telekanalı arasında memorandum imzalanıb

Azərbaycanın “ARB 24” telekanalı ilə Qırğızıstanın “Ala Too 24” telekanalı arasında memorandum imzalanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sənədi Şuşa şəhərində keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu çərçivəsində Radik İsmayılov və Ulan Satiyev imzalayıb.

Qeyd edək ki, bu gün Şuşa şəhərində Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev ili” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci il dönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu keçirilir.

Tədbirdə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak edir.

Həmçinin, Forumda 60 yerli media rəhbəri və nümayəndəsi təmsil olunur.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button