Ölkə

Trend BiA və DHA-nın yeni birgə layihəsinin hər iki ölkəyə yeniliklər gətirəcəyinə əminəm

Şuşa Qlobal Media Forumu çərçivəsində Trend Beynəlxalq İnformasiya Agentliyi ilə Türkiyənin nüfuzlu media qurumu Demirören İnformasiya Agentliyinin (DHA) birgə layihəsi olan “www.dhapress.com”un təqdimatı həyata keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid yeni yaradılan portalın işinə uğurlar arzulayıb, bunun iki qardaş ölkənin media sahəsində xüsusi yer tutacağına ümid etdiyini söyləyib.

“Azərbaycan və Türkiyə arasında hər sahədə olan uğurlu əməkdaşlıq, media sahəsinə də böyük töhfələr verir. Azərbaycanın aparıcı media orqanı Trend İnformasiya Agentliyi və Türkiyənin nüfuzlu Demirören İnformasiya Agentliyinin birgə layihəsi olan “www.dhapress.com”un hər iki ölkəyə yeniliklər, uğurlar gətirəcəyinə əminəm. Bir müddət əvvəl Trend BİA ilə DHA arasında əməkdaşlıq barədə memorandum imzalanarkən mən də bu tədbirdə iştirak etmişdim. Sevinirəm ki, bu anlaşma tez bir müddətdə öz bəhrəsini verdi və belə bir layihə reallaşdı”, – deyə o əlavə edib.

R.Məcid həmçinin vurğulayıb ki, bu portalın Azərbaycanın Milli Mətbuat Günündə yaradılması təsadüfi deyil.

“Bu cür əməkdaşlıqlar informasiya məkanında daim söz sahibi olmaq üçün xüsusi önəm daşıyır”, – deyə R.Məcid qeyd edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button