Ölkə

Naxçıvanın keçmiş İdarə müdiri avtomobillə ata-balanı vurdu

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün baş verən qəza zamanı avtomobil yolu keçən ata və 5 yaşlı oğlunu vurub.

Qəza nəticəsində, Babək rayon Cəhri kənd sakini Fərzəliyev Mərhəmət Məhəmməd oğlu ölüb. Oğlu 5 yaşlı Fərzəliyev Məhəmməd Mərhəmət oğlu isə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, qəzanı törədən bir vaxtlar Naxçıvan şəhər Tikinti, Təmir və Abadlaşdırma İdarəsinin müdiri olmuş Xaləddin Rüstəmovdur.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button