Ölkə

Göyçayda qış aylarını xatırladan “mənzərə”…

Yay ayları olmasına baxmayaraq görünən mənzərə sanki qış aylarını xatırladır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Göyçayda əsasən də bu yoların və səkilərin su altında qalmasına şəhərin Heydər Əliyev prospektində və Natavan küçəsininin bir neçə istiqamətində rast gəlmək mümkündür. Su basan ərazilər əsasəndə piyada üçün nəzərdə tutulan səkilər və həyətlərin girişidir.

Piyada səkilərini su basdığına görə uşaqlar, qadınlar, qocalar məcbur avtomobil yoluna çıxaraq hərəkət edir, yol qəzalarının baş verməsinə şərait yaranır. Yaşıllıq zolağındakı 100-ə yaxın ağac uzun müddət su içində qaldığına görə gövdəsi çürüyür. Vətəndaşlar aidiyyətı qurumlar tərəfindən məsələnin tezliklə həll olunmasını istəyirlər.

“Xəzər Xəbər” mələsə ilə bağlı Göyçay Suvarma İdarəsində olub.

Bildirilib ki, şəhər ərazisindən kəndlər istiqamətində 5 suvarma kanalı keçirki, mövsümü lildən təmizlənmə işləri aparılır. 

Qeyd edək ki, Suvarma idarəsi tərəfindən şəhər ərazisindən keçən su kanallarına bu cür tıxacların olmaması üçün artıq bir neçə istiqamətdə dəmir barmaqcıqlar da quraşdırılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button