Ölkə

Bəxtiyar Hacıyevlə bağlı qərar verildi

İctimai fəal Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı bağlı təqdimata baxılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxs və vəkili həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş ediblər.

Qərara əsasən irihəcmli iş üzrə təqdimat təmin edilib, B.Hacıyevin həbsdə saxlama müddəti 2 ay 10 gün uzadılıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Ona qaraşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq), 289.1-ci maddələri ilə (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button