Ölkə

Rusiya mediasında anti-Azərbaycan abu-havası artmaqdadır

Azərbaycanın çox qədim dövlətçilik tarixi, ənənələri, o cümlədən zəngin mədəniyyəti, milli mədəni irsi var. Azərbaycan müstəqil siyasət yürüdür və müstəqil dövlət olaraq bütün qərarları özü verir və heç kimdən asılı deyil. Azərbaycan müstəqil dövlət kimi uğurla inkişaf edir və müstəqilliyimiz bərpa olunduqdan bugünə qədər Azərbaycan çox böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan müstəqil ölkə kimi dünyanın ən nüfuzlu, ən hörmələ yanaşılan ölkələrindən birinə çevrilib. Əlbəttə ki, biz görürük ki, Azərbaycanın müstəqil siyasət yürütməsinə kölgə salmağa çalışanlar da var.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmağa çalışan zatulinlər, milonovlar kimilərin görmüşük və çox təəssüf ki, bu cür hallar son dövrlərdə bir az artmaqdadır.

“Bu baxımdan Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun absurd açıqlaması dövlətlərarası münasibətlərə xələl gətirir. Pyotr Tolstoyun bu açıqlaması heç də anlaşılan deyil. Onun açıqlaması Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdan başqa bir şey deyil. Eyni zamanda Rusiya mediasında da anti-Azərbaycan abu-havası artmaqdadır, ölkəmizin ünvanına qərəzli hücumlar açıq müstəvidə həyata keçirlir. Əlbəttə ki, bu hücumlar təsadüfi ola bilməz. Rusiya XİN-in son açıqlamaları əslində Azərbaycana qarşı əsassız və absurd ittihamların və iddiaların hardan qaynaqlandığını göstərir. Ancaq hər kəs bilməlidir ki, bu cür hərəkətlərlə Azərbaycana təzyiq göztərmək olmaz.

Azərbaycanın mövqeyi qətidir və müstəqil dövlət kimi öz ərazisində prosesləri ölkə qanunvericiliyi uyğun tənzimləyir. Hər hansı bir ölkənin anti-Azərbaycan qüvvələrinin açıqlamaları Azərbaycanı öz haqlı yolundan döndərə bilməz.

Azərbaycanın tarixi torpaqları olan Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası da daxil olmaqla bütün məsələlər bu kontekstdə qiymətləndirilməlidir. Bu prosesə maneçilik törədilməsi cəhdləri indiyənə qədər necə iflasa uğramışdısa bunan sonra da iflasa uğramağa məhkumdur”, – deyə deputat əlavə edib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Azərbaycanın müstəqilliyini və müstəqil dövlət kimi mövcudluğunu şübhə altına alan təxribat xarakterli bəyanatlar səsləndirib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button