Ölkə

“Jurnalistika dürüstlük, məsuliyyət tələb edir”

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumu çərçivəsində “Müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması” adlı panel müzakirəsi olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, panel müzakirəsində iştirakçılar media məhsullarının istehsalı və istehlakı ilə bağlı dəyişən trendlər, dayanıqlı media üçün investisiya mənbələri barədə fikir mübadiləsi aparıblar.

Paneldə çıxışında TRT-nin koordinatoru Bora Bayraktar özəl media ilə rəqabətin çətin olduğunu deyib.

“Mediada məsuliyyətin vacib olduğunu qeyd edən Bayraktar deyib ki, insanlar, auditoriya mediaya etimad edir inanır, ona görə də media məsuliyyətli olmalı, bu etimada uyğun davranmalıdır. Region barədə reportaj hazırlayarkən həmin regionun geosiyasi reallıqlarını, baş verənləri, dəyərləri nəzərə almaq lazımdır”, – deyə o əlavə edib.

TRT barədə o deyib ki, kanalın bəlli kimliyi, strategiyası var.

“Biz kimliyimizi diktə etmirik. Bu kimlik Türkiyədən də böyükdür. Bizim Aralıq dənizi kilmiyimiz, Qafqaz kimliyimiz, Avropa kimliyimiz var. Bu kimliyimiz dünyada baş verənləri necə işıqlandırmaqla da çarpazlaşır”, – deyə o deyib.

Paneldə danışan TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusman çıxışında deyib ki, Şuşada dəfələrlə olub.

“Bura çox gözəl Azərbaycan şəhəridir, artıq 5-ci dəfədir bura gəlirəm, şəhərin rifahını görürəm.

Yeniliklərdən bəhs edən M.Qusman Sosial medianın ənənəvi medianı, qəzetləri öldürdüyünü deməyin tez olduğunu bildirib.

“Yaponiya və ABŞ kimi ölkələr texnoloji cəhətdən inkişaf etmiş ölkələrdir amma qəzetlər bu cəmiyyətlərdə aparıcı rol oynayır”,- deyə o, əlavə edib.

O vurğulayıb ki, klassik media və sosial medianı qarışdırmaq olmaz, onları auditoriyaları var amma peşəkarlıq, tarix baxımından klassik media əvəzolunmazdır.

“Jurnalistika profesionnalıq, dürüstlük, məsuliyyət tələb edir”, Qusman vurğulayıb.

O, xəbər agentliklərin fəalliyətinə də toxunub, deyib ki, agentliklərin rolu xəbərlıri çatdırmaqdır, artıq analitiklər, qurumlar, digər medialar həmin informasiyanı özü intürpretasiya edə bilər.

Paneldə çıxış edən Serbiya Parlamentinin keçmiş deputatı, Strateji Araşdırmalar Forumunun prezidenti Neven Cveticanin deyib ki, dəqiq, dürüst xəbərlər verən, analizlə təqdim edən media gələcəyi proqnozlaşdırmaq üçün vacibdir.

Hesab edirəm ki elə bir media yoxdur ki, onun siyasi dairələrlə əlaqəsi, dialoqu olmasın.

“Economyfirst Limited London”şirkıti Klaus Yürgens deyib ki, jurnalist bəzən mövqeli olmalıdır amma bu o demək deyil ki, “siz hansısa dairənin, partiyanın sözçüsü olasınız”.

“Jurnalist mövqeyini müəyyənləşdirmək üçün daha çox araşdırmalıdır bu nəticədə onun yazılarında da öz əksini tapacaq”, – deyə o bildirib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button