Uncategorized

Bakıdakı ali məktəblər rayonlara köçürülür? – Sıxlığa görə… – VİDEO

Şəhər mərkəzindəki univesitetlərin  kənara köçürülməsi təklif edilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Paytaxtda sıxılığın əsas səbəblərindən biri də mərkəzdə yerləşən ali təhsil müəssisələrinin çoxluğu göstərilir. Buna görə də universitetlərin Bakıdan kənar rayon və qəsəbələrə köçürülməsi tez-tez gündəmə gətirilir.

Hazırda ölkədə 44 ali təhsil müəssisəsi və 7 filial fəaliyyət gəstirir. Onların 35-i paytaxtın payına düşür. Hətta elə ərazilər var ki, 4 – 5 universitet bir-birinin yaxınlığında yerləşir.

Buna misal olaraq metronun “Elmlər Akademiyası” stansiyasını göstərmək olar.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan millət vəkili Ceyhun Məmmədov deyir ki, bu sahədə yeni infrastrukturun yaradılmasına ehtiyac var. Məsələn, Gəncə, Sumqayıt, Şəki və digər iri şəhərlərdə yeni ali təhsil müəssisələri yaratmaq olar. Bu variant həmin bölgələrin inkişafına da təsir edə bilər.

Millət vəkili hesab edir ki, yalnız kompleks tədbirlər görməklə paytaxtda yerləşən bəzi ali təhsil müəssisələrini Bakıdan kənara – rayonlara köçürmək olar.


Millət vəkili əlavə edib ki, rayonlarda fəaliyyət göstərən ali təhsil müəssisələrində infrastrukturu yaxşılaşdırmaqla həmin ali məktəblərə daha çox tələbə də cəlb etmək olar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button