İdman

Beynəlxalq yarışda azərbaycanlı və türk idmaçıların bu jesti alqışlarla qarşılandı

Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi start götürüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

32 ölkədən 378 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqdən qalib ayrılıb.

50 kq çəki dərəcəsində mübarizə aparan Sübhan Babayevin də Avropa birinciliyində debütü uğurlu alınıb.

O, türkiyəli Ahmet Yılmaz üzərində 5:0 hesabı ilə qələbə qazanıb. Ancaq bu dueldə daha maraqlı və yaddaqalan hadisə görüşdən sonra baş verib. Belə ki, idmançımız nəticə elan olunduqdan sonra türkiyəli rəqibinə yaxınlaşaraq onun formasının üzərində olan Türkiyə bayrağını öpməklə hörmətini bildirib. Ardınca Ahmet Yılmaz boksçumuzun formasındakı Azərbaycan bayrağını öpərək qarşılıq verib. Rumıniyadakı Avropa birinciliyində də nümayiş olunan Azərbaycan – Türkiyə qardaşlığı həmin hadisədən sonra alqışlarla qarşılanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button