Ölkə

Abbas bu yolla 29 kiloqram arıqladı

Əməkdar artist Abbas Bağırov son günlər xeyli çəki alması ilə gündəmə gəlib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu dəfə arıqladığını vurğulayıb. O bildirib ki, 29 kiloqram çəki atıb:

“Bu nəticə 46 günə başa gəldi. Amma son deyil. Əməliyyatsız, dərmansız, sağlam qida, yuxu və idmanla oldu”.

Bağırovun instaqram səhifəsində yayımladığı şəkilləri də müzakirələrə səbəb olub. Fotolarda xeyli arıq görünən Abbasın bunu fotoşopla etdiyi iddia olunub. O isə sualları cavabsız qoyub. 

Qeyd edək ki, A.Bağırov uzun müddət artıq çəkidən əziyyət çəkmiş və sonra arıqlamışdı. O, pandemiya ərəfəsində yenidən kökəlmişdi.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button