Ölkə

ABŞ Azərbaycana daha 5 minaaxtaran it göndərib

ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” (MLI) daha 5 minaaxtaran iti Azərbaycana göndərib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi öz “X” (tvitter) sosial şəbəkə hesabında yazıb.

“Bu yeni çatdırılma xüsusi əhəmiyyət kəsb edir, çünki o, MLI-nin minalardan zərər çəkmiş ölkələrə bağışladığı 300-cü it itidir, onlardan 81-i Azərbaycana göndərilib. Burada kritik işlərinə başlayacaq olan , Boka, Bianka, Flex, Lex, Stela və Tiger Pride II-ni salamlayırıq!”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, daha öncə də ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” (MLI) 5 minaaxtaran iti Azərbaycana göndərib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button