Siyasət

ABŞ-də seçki kampaniyası gərginləşir: Bayden “U” dönüşü etdi – TƏHLİL

ABŞ-nin hazırkı prezidenti, Demokratların əsas namizədi Cozef Baydenin iyulun 21-də namizədliyini geri götürməsindən sonra ştatlar daxilində ciddi proseslər baş verməkdədir. Bu, xüsusilə oktyabrda keçiriləcək prezident seçkisi marafonunda müşahidə edilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Baydenin namizədliyini geri götürməsinin proseslərə necə təsir edəcəyini təhlil etməzdən əvvəl onu deyək ki, əslində, dövlət başçısının bu addımı gözlənilən və proqnozlaşdırılan idi. Niyə? Birincisi, C.Baydenin əsas rəqibi və Respublikaçıların namizədi Donald Trampın reytinqləri hazırkı ölkə rəhbərinə nisbətən daha çoxdur. Bunun əsas səbəbi C.Baydenin xarici siyasət kursundakı uğursuzluqlarla yanaşı, həm də yaşı, səhhətindəki problemlər, çıxışlarındakı qeyri-adekvat hərəkətləridir. İkincisi, son zamanlar xarici KİV-də belə xəbərlər yayılırdı ki, guya ailə üzvləri səhhəti ilə əlaqələr C.Baydenə seçki kampaniyasından çəkilməsini tövsiyə edirlər. Üçüncüsü, C.Baydenin sözügedən qərarından əvvəl onun koronavirusa yoluxması barədə məlumat yayıldı. Dördüncüsü, Respublikaçıların əsas namizədi Donald Trampa qarşı sui-qəsd cəhdi Baydenin şansını daha da azaltdı.

Düşünmək olar ki, xüsusilə, ikinci və üçüncü məqamlar birbaşa olaraq ictimai rəyin formalaşdırılmasına hesablanmışdı. Ola bilsin ki, Demokratlar C.Baydenin şansının, həqiqətən, az olduğunu başa düşüb və onun geri çəkilməsi üçün sadəcə alibi yaradıblar. Təsadüfi deyil ki, Demokratların 80 faizindən çoxu C.Baydenin bu addımını dəstəkləyiblər. Respondentlərin təxminən yarısı hesab edir ki, bu addım Demokratlar Partiyasının seçkidə qalib gəlmək şansını artıracaq.

Sorğuda iştirak edənlərin 83 faizi Baydenin namizədliyini geri götürmək qərarını təqdir etdiyini bildirib. Respondentlərin 45 faizi hesab edir ki, Baydenin yarışdan geri çəkilməsi keçmiş Prezident Donald Trampı məğlub etmək şansını artıracaq.

İndi D.Trampın əsas rəqibi ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harrisdir. Tramp bir neçə gün əvvəl C.Baydenin seçki kampaniyasından geri çəkilməsinə münasibət bildirərək demişdi ki, K.Harrisi məğlub etmək daha asan olacaq.

Amma mənzərə fərqlidir. “Bloomberg” nəşrinin iyulun 23-də yaydığı məlumata görə, hazırda K.Harris C.Baydendən cəmi iki faiz geri qalır. Daha sonra isə “Röyters” keçirilən sorğuya əsasən bildirdi ki, Harris artıq Trampı üstələyir. Halbuki D.Tramp C.Baydendən xeyli öndə idi.

Seçkilərdə kimin qalib gələcəyini indidən dəqiq demək çətindir. Hər iki halda siyasətçi yerli ictimaiyyətə yaxşı tanışdır. Üstəgəl, onların xarici siyasət kursları da beynəlxalq ictimaiyyət üçün sirli deyil. Məlumdur ki, D.Tramp seçkilərdə qalib gələrsə, ABŞ Rusiya, İran və Çinə qarşı daha loyal davranacaq. K.Harris isə, yəqin ki, təxminən C.Baydenin siyasətini davam etdirəcək. Amma bu, onların özlərinin deyil, Respublikaçıların və Demokratların xarici siyasət kursu kimi qiymətləndirilməlidir.

Qadın və qaradərili olması K.Harrisin şanslarını artırır. Üstəgəl, nəzərə almaq lazımdır ki, hazırda hakimiyyətdə olanlar K.Harrisin təmsil olunduğu Demokratlardır. Bu, əlbəttə, qadın siyasətçi üçün əlavə dividenddir. Nəzərə almaq lazımdır ki, K.Harris qalib gələrsə, ABŞ-nin ilk qadın siyasətçisi olacaq.

Bununla belə, bir fakt da var ki, 1993-cü Respublikaçı Corc Buş hakimiyyətdən gedəndən sonra ölkə iqtidarında Demokratlar və Respublikaçılar bir-birini əvəz edirlər. Bu isə ölkənin həm daxili, həm də xarici siyasəti üçün müəyyən ahəngdarlıq yaradır. Nə daxili auditoriya, nə də beynəlxalq ictimaiyyət ABŞ iqtidarından bezir. Bu məntiqlə yanaşsaq, bu dəfə hakimiyyətə Respublikaçıların gəlməsi heç də təəccüblü olmaz.

Bütün hallarda qarşıdakı aylarda ABŞ-də seçki kampaniyası gərgin şəraitdə davam edəcək. Tərəflər qalib gəlmələri üçün bütün imkanlardan istifadə edə bilərlər. Dediyimiz kimi, seçkilərdə hansı tərəfin qalib gələcəyini proqnozlaşdırmaq çətindir. Amma böyük ehtimalla nəticələr arasındakı fərq cüzi olacaq.

Düşünmək olar ki, C.Baydenin seçkilərdən çəkilməsi məhz məqsədyönlü gediş idi. Hər halda, bu, artıq hiss olunur.

Onu da deyək ki, seçkilərdə Demokratların, yaxud Respublikaçıların qalib gəlməsindən asılı olmayaraq, ABŞ xarici siyasət kursun artıq “daşlaşıb”. Ölkədə xarici siyasət kursunu müəyyənləşdirən konkret güclər var. Prezidentlər isə sadəcə mövcud məzmuna forma verirlər.(Report)

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button