Ölkə

ABŞ-də uşaqları iflic edən virus həyəcanı

ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) onurğa beynini iflic edən kəskin yumşaq mielitin törədicisi enterovirus D68 (EV-D68) barədə həyəcan təbili çalıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən bildirir ki, virus ABŞ-nin çirkab sularında aşkar edilib.

Bildirilib ki, EV-D68 xüsusilə kiçik uşaqlarda sinir sistemi üçün real təhlükə yaradır, ayaqlarda, qollarda zəifliyə səbəb olur və iflicə, əlilliyə gətirib çıxarır.

“Nəzərə alsaq ki, hazırda kəskin yumşaq mielitin müalicə üsulları yoxdur, vəziyyət son dərəcə narahatedicidir. Hətta uzunmüddətli intensiv fizioterapiya kursu belə xəstəlikdən sonra tam bərpaya zəmanət vermir. Bir çox uşaqlar ömürlük əlil qalırlar”, – deyə CDC-nin aparıcı mütəxəssisi doktor Con Smit bildirib.

CDC valideynləri sayıq olmağa və uşaqda ilk xəstəlik əlamətləri görünən kimi dərhal tibbi yardıma müraciət etməyə çağırıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button