Uncategorized

ABŞ Dövlət Departamenti Azərbaycan – Ermənistan sərhədində vəziyyətin gərginləşməsinə münasibət bildirib

ABŞ Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

“Biz vəziyyətlə bağlı hələ də narahatıq və hər iki tərəfi qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün birgə çalışmaya çağırırıq. Ümumiyyətlə, biz inanırıq ki, [sülh] razılaşması hələ də əldə edilə bilər və irəliyə doğru getmək üçün hər iki tərəflə görüşməyi səbirsizliklə gözləyirik”, – deyə o bildirib.

Qeyd edək kii, 15 iyun 2023-cü il tarixdə, saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Yaralanan hərbi qulluqçuya ilkin tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button