Uncategorized
ABŞ ordusu Nigerdən çıxdı
ABŞ Nigerdəki son bazasından qoşunlarını çıxarıb.
Bu barədə Qazi.az “The New York Times” qəzetinə istinadən xəbər verir.
Mart ayında Niger ABŞ ilə hərbi müqaviləni pozub, bunun əsasında Afrika ölkəsinin şimalında Amerika PUA bazası yaradılıb. Afrika respublikasının hakimiyyəti razılaşmaya məcbur edildiklərini və sənədin xalqın maraqlarına cavab vermədiyini bildirib.