Ölkə

“ADEX” çərçivəsində bir sıra anlaşma memorandumları imzalanacaq

Sərgi çərçivəsində bir sıra anlaşma memorandumları imzalanması nəzərdə tutulub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Repsublikası Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Samir Ağabalayev 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” və 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransından çıxışı zamanı deyib.

O qeyd edib ki, prosess tam yekunlaşmayıb.

“Memorandumlar hazırlıq mərhələsindədir. Bu səbəbdən geniş məlumat verə bilmərik. Hazır olduqdan sonra sərgi proqramında bu öz əksini tapacaq”, – deyə o bildirib.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi keçiriləcək. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları “Securex Caspian” sərgisi də təşkil ediləcək. İlk “ADEX” sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illi kuğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button