AFAD-dan Şuşadakı seysmik stansiya ilə bağlı açıqlama
Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində fəaliyyətə başlayıb. Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlığı nəticəsində ərsəyə gələn stansiya dünyanın hər nöqtəsində baş verən zəlzələləri izləmək bacarığına malikdir.
Milli.Az xəbər verir ki, bu barədə AFAD-ın açıqlamasında bildirilib.
“Ölkələrimiz arasındakı dərin və möhkəm əməkdaşlığın yeni addımı olan Dərin Quyu Seysmik Stansiyası xeyirlərə vəsilə olsun” ifadələrinin yer aldığı açıqlamada stansiya ilə bağlı məlumatlar diqqətə çatdırılıb.
Paylaşıma stansiya ilə bağlı hazırlanan xüsusi videoçarx əlavə edilib.
Xatırladaq ki, AMEA ilə AFAD arasında zəlzələ müşahidə sistemləri üzrə əməkdaşlıq haqqında anlaşma memorandumu ötən il sentyabrın 7-də imzalanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun