Ağ Partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə Ağ Partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
MSK katibi bildirib ki, Ağ Partiyanın 13 nəfər səlahiyyətli nümayəndəsi qeydə alınmaq üçün müraciət edib.
Məsələ səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun