“Ağadadaş Ağayevin kim olduğunu hamı yaxşı bilir”
“Ağadadaş Ağayevi uşaqdan-böyüyə kimi hər kəs tanıyır, onun kim olduğunu bilirlər. Ancaq son hərəkətini eşidəndən sonra şoka düşdüm. O, mühafizəçinin üzərinə getməməli idi”.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri filologiya üzrə fəlsəfə doktoru Anar Vəziroğlu saytımıza açıqlamasında deyib. Ekspert Ağadadaş Ağayevin adının hallandığı insidentə münasibət bildirib:
“Məhkəmədə hər hansı bir hadisə səbəbindən müqəssirlərə cəza verilmədən öncə tərəflərə sual olunur ki, həmin vaxt ayıq olub, ya yox. Ağadadaş Ağayevlə yaxın olmasam da onu tanıyıram. Əvvəllər yaxşı içki içən idi. Ancaq indi həccə getdiyi deyilir. Hadisə zamanı ayıq olub-olmadığını dəqiq bilmirəm. Fəqət görüntülərdən də məlum olur ki, hər iki tərəfin ağlı başında olub. Münaqişə isə səhər saatlarında baş verib. Bütün bunları ekspertiza müəyyənləşdirəcək. Mən sadəcə bunu deyə bilərəm ki, hər bir ziyalı, cəmiyyət qarşısında olan insanın qorxusu olmalı, öz-özünü qorumağı bacarmalıdır.
Deyək ki, 10 nəfərin içidə 5-i məni tanıyır. Necə ola bilər ki, küçənin ortasında durub qışqırım, bağırım, kiməsə balta atım? Bütün bunlardan da sonra özümə haqq qazandırım. Dərd də gələndə batmanla gəlir. Böyük Azərbaycan yazıçısı Yusif Səmədoğlunun “Qətl günü” romanı bu fraza ilə başlayır. Ziyalı insana da nə isə deyiləndə 3 qat daha çox olur. Ona görə ki, bu sözlər təkcə küçədən keçən insanlar üçün yox, eyni zamanda tanınmışlar üçün də keçərlidir”.
A.Vəziroğlu oxşar hadisələrin yaşanmaması üçün maraqlı təklif irəli sürüb:
“Əsas məsələ budur ki, bu məsələ yox idisə, həngamə niyə baş verdi? Olubsa da, vaxtında açıq-aşkar demək lazımdır. Elə bilirsiniz ki, o mühafizəçi Ağadadaş Ağayevi tanımayıb? Çox gözəl tanıyıb. İnanmıram ki, tanımasın. Uşaqdan-böyüyə hər kəs onu tanıyır, kim olduğunu bilir. Ancaq onun son hərəkətini eşitdikdən sonra şoka düşdüm. Axı niyə mühafizəçinin üstünə getməli, onunla əlbəyaxa olmalı idi ki, qarşılığında da belə olsun.
Təklif edirəm ki, bütün belə hadisələrin qarşısının alınması üçün ədəb-ərkan polisi yaradılmalı, insanları elə işlərdən çəkindirib, maarifləndirməlidir. Cəmiyyətin içərisindən sayılıb seçilən adamlar dəvət olunmalı, vətəndaşları başa salmalıdır. Dövlət qayğısına qalsa, camaat da tənzimlənər və heç kəs tituluna arxayn olmaz. Bütün bunların kökündə savadsızlıq dayanır. İnsanlar oturub kiminsə bir söz deməyini gözləyirlər ki, görək filankəs nə deyəcək. Sonra da deyirik ki, ölümlər, cinayətlər çoxalıb”.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun