Ölkə

Ağamirzə: “Ağakərimin vəziyyəti yaxşı deyil”

“Ağakərimin vəziyyəti yaxşı deyil”. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov uzun illərdir yataq xəstəsi olan həmkarı Ağakərim ləqəbi ilə məşhurlaşan Kərim Novruzov haqda qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Söz xiridarı Ağakərimin səhhəti ilə bağlı bunları söyləyib:

“Dəfələrlə ona baş çəkirəm. Onun yanında 3-4 dəqiqədən artıq qala bilmirəm. Ona bəlkə, 20 dəfə salam verirəm. Bəlkə də o, verdiyim salamların yalnız birində başını yuxarı qaldırıb, salamlaşır. Mən çıxıb gedəndən sonra məni arada bir tanıyır. Amma çox zaman tanımır. Onun bu hala düşməsinin səbəbi yüksək təzyiq, insult keçirməsi, şəkər xəstəliyindən əziyyət çəkməsi oldu”. 

Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. Meyxanaçı ötən ilin dekabrında ikinci dəfə insult keçirib. 

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button