Ölkə

Ağcaqanadlar Röyanın bağ evindəki istirahətini burnundan gətirdilər

Xalq artisti Röya Ayxanın Mərdəkanda yerləşən bağ evindəki istirahəti burnundan gəlib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildriir ki, sənətçi hər axşam ağcaqanadların hücumuna məruz qaldığı ilə bağlı sosial şəbəkə hesabında video post paylaşıb. 

Röya bildirib ki, bağında ağcaqanadlara qarşı dezinfeksiya işləri görsə də, lakin onların sayı azalmayıb: 

“Ağcaqanadlar məni yeyir. Bir ay ərzində dörd dəfə bağ evimi “dərmanlamışam”. Bir saat əvvəl yenə gəldilər və buraları “dərmanlandılar”. Amma hələ də ağcaqanadlar bizi yeyir. Gələn insanların da əksəriyyəti deyir ki, ağacı sulamayın. Amma biz ağacları sulamırıq”. 

Röya daha sonra bu məsələdə qonşularına müraciət edib: 

“Qonşularımdan rica edirəm, nə olar, hamımız bir yerdə ağcaqanadlara qarşı bu dezinfeksiya işlərini görək. Sizi həyətinizdə ağcaqanadlar yemir? Necə olur, yalnız bizi yeyir? Nə olar ki, siz də o şirkətə zəng vurun, siz də öz evinizi ağcaqanadlardan təmizləyin”.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button