Siyasət
Ağdamda 2, Füzulidə isə 1 uşaq bağçası üzrə layihələndirmə işləri aparılır
Ağdam şəhərində 2, Füzuli şəhərində isə 1 uşaq bağçası üzrə layihələndirmə işləri aparılır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərindəki Konfrans Mərkəzində “Ağdamın dirçəlişi” adlı tədbirdə çıxışı zamanı deyib.
E.Hüseynov bildirib ki, hal-hazırda 4 məktəb layihəsi həyata keçirilir. Tərtər rayonunun Suqovuşan tam orta məktəbində bərpa işləri yekunlaşmış, Talış kənd tam orta məktəbi və uşaq bağçası isə artıq istifadəyə verilib.
Milli.Az