Ölkə

Ağır depressiya düşdüm, hər şey ola bilərdi

“Darıxanda, depressiyaya düşəndə sosial şəbəkədə canlı yayıma çıxıram. Çox tez depressiyaya düşən insanam. Yaradıcı insanlar səma insanlarıdır, tərki-dünyalığı sevirlər. Həssasdırlar, xüsusən aktyor-aktrisalar…”

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, bu sözləri Teleqraf.com-a Xalq artisti Naibə Allahverdiyeva deyib.

Onun sözlərinə görə, sosial şəbəkə izləyiciləri ilə söhbətlər onu depressiyadan çıxarır:




“Tamaşaçılarımı sevirəm, çalışıram həmişə onlarla səmimi olam. O insanların qəlbində yaşayırıq. Onlar olmasa biz kimik ki…Üç-dörd il öncə çox pis xəstəlik keçirdim, ağır depressiya düşdüm. Depressiya çox ağır bir haldır, hətta insan özünə xətər yetirə bilər. Bir anlıq hər şeyi atıb gedə, itə bilərdim. O dövrlərdə sosial şəbəkələrdə insanlar mənə o qədər gözəl sözlər, fikirlər yazırdılar ki, mənim ilham pərim oldular. Ağır depressiyadan xilas oldum”.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button