Ölkə

Ağır qəza – 6 nəfər xəsarət aldı

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, hərəkətdə olan VAZ-21015 markalı minik maşını qoşqulu traktorla toqquşub.

Qəzadan sonra VAZ yoldan çıxaraq aşıb. Nəticədə minik maşınında olan bir ailənin 5 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar Şəmkir rayon sakinləri – 1990-cı il təvəllüdlü Tural Rüstəmov, 1959-cu il təvəllüdlü Xalidə Abdullayeva, 1969-cu il təvəllüdlü Şahnaz Namazova, 1992-ci il təvəllüdlü Tutu Rüstəmli, 2011-ci il təvəllüdlü Aytən Rüstəmli və 2014-cü il təvəllüdlü Kənan Rüstəmlidir. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button