Ölkə

Ağır xəstə olan Andrey Qubin illər sonra danışdı

Rusiyalı müğənni Andrey Qubin sonuncu dəfə 19 il əvvəl şöhrətinin zirvəsində səhnəyə çıxıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi ciddi xəstəlik – sol tərəfli prosopalgiya səbəbindən karyerasına uzun fasilə verməli olub. Sonra üzünün yarısı iflic olub və diksiyasında problemlər yaranıb. Bütün illər ərzində Qubin xəstəliklə hər cür mübarizə aparıb, heç vaxt müsahibə verməyib.

Müğənni illər sonra rus mediasına açıqlama verib. Qubin bildirib ki, xəstəliyinə baxmayaraq hər gün idman edir, ən əsası isə hər şeyin yaxşı olacağına inanır:

“Mən çətinliklə yeriyə bilirəm, ürəyim tərpənmir. Amma hər gün idman edirəm. Məni yoxladılar: analizlər verdim, xərçəng deyəcəklərini düşündüm. Amma mənə dedilər: “Sən tamamilə sağlamsan”. Sevgilim qayğıma qalır, o, mənim həyat enerjimdir”.

Sənətçi yenidən səhnəyə qayıtmaqda qərarlıdır. O, əminliklə deyir ki, xəstəliyi bitən kimi mahnılar yazdırmağa başlayacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button