Ölkə

Ağır xəstə olan Selin Dion 4 ildən sonra konsert verəcək

Ağır xəstəlikdən əziyyət çəkən məşhur müğənni Selin Dion 4 ildən sonra ilk dəfə konsert verəcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, artıq bununla bağlı hazırlıqlar start götürüb. Konsert ABŞ-nin Las-Veqas şəhərində olacaq.

Əzələ sərtliyi sindromundan əziyyət çəkən ifaçı 4 illik fasilədən sonra çıxışı üçün gizli məşqlərə qatılır. “The Sun” nəşrinin məlumatına görə, S.Dion 70 dəqiqə davam edəcək şouda hitlərini səsləndirəcək. Həmçinin qeyd olunub ki, Dionun səhhətinin pisləşəcəyi təqdirdə konsertlər təxirə salına bilər.

İfaçının səsini bərpa etmək üçün son səkkiz ay ərzində mütəxəssislərlə birlikdə çalışdığı vurğulanıb.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button