Ölkə

Ağstafa sakinləri suyu bu üsulla gətirirlər

Pulu olan avtomobillərlə, olmayanlar da uzunqulaq və atlarla kəndin müxtəlif yerlərindən içməli su gətirirlər. Tək yaşayan ahıl və tənha insanlar da qonşuların ümidinə qalırlar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,mövcud vəziyyət Ağstafa rayonunun Pirili kəndində hökm sürür.

Sakinlər bildirir ki, yüzə yaxın evi içməli su ilə təmin edən artezian bir neçə aydır ki, işləmir. 

Onların sözlərinə görə, məsələynən bağlı aidiyyəti üzrə müraciət ediblər. Lakin problem hələ də qalmaqdadır.

Məsələ ilə bağlı Ağstafa Suvarma Sistemləri İdarəsi ilə əlaqə saxladıq. İdarənin rəisi Qabil Məmmədov  açıqlamasında bildirib ki, bir həftə ərzində artezian quyusunda mövcud çatışmazlıq aradan qaldırılacaq və sakinlər içməli su ilə təmin olunacaq. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button