Ölkə

Ağsuda “dövlət işçisi” həbs edildi

Ağsuda ev təmir etmək adı ilə dələduzluq edərək vətəndaşları aldadan şəxs tutulub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı dələduzluq etməkdə təqsirli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş Vüsal Mehraliyev saxlanılıb.

Həmin şəxs zərərçəkənləri ev təmiri və digər vədlərlə aldadaraq onların pul vəsaitlərini ələ keçirib.

Araşdırmalarla onun paytaxt və bölgələrdə daha bir neçə vətəndaşa qarşı analoji əməllər etdiyi məlum olub.

V.Mehraliyev dələduzluq etdiyi şəxslərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib.

Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

V.Mehralıyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button