Ölkə
Ağzıgöyçəklər, bu ailəni 21 ildir davam etdiririk
Müğənni Zenfira İbrahimova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, sənətçi şəxsi instaqram hesabında həyat yoldaşı Anar Heybətov və övladları ilə olan fotosunu paylaşıb.
Zenfira ailəsi olan şəkilinə atmacalı status yazıb.
Sənətçi ailəsini gözü götürməyənlərə sərt işmarış göndərib:
“Bəzi ağzıgöyçəklər ailəm haqqında xoşagəlməz sözlər işlədir. Narahat olmayın. Mənim ailəm yerindədir. Biz bu ailəni artıq 21 ildir davam etdiririk. İnşallah davamlı da olacaq. Bizim bir yerdə olmağımızı arzu etməyənlər, arzunuz ürəyinizdə qalsın”.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun