İqtisadiyyat

“Aİ-92” markalı benzinin sərfiyyatı artıb? – Rəsmi açıqlama

Sosial şəbəkələrdə Aİ-92 markalı benzinin sərfiyyatının artması, keyfiyyətinin azalması ilə bağlı iddialar səsləndirilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

İstifadəçilər bildirirlər ki, yanacağın qiyməti artandan sonra sərfiyyatı da artıb.

Məsələ ilə bağlı SOCAR-ın Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən açıqlamada bu kimi məlumatların həqiqətəuyğun olmadığı bildirilib:

“SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan və ölkədə satışı həyata keçirilən Aİ-92 avtomobil benzini AZS 059-2001 standartlarına cavab verir. Bunu nəzərə alaraq, Aİ-92 benzininin daha tez sərf olunması barədə yayılan məlumat həqiqəti əks etdirmir. Yay aylarında sürücülərin avtomobil kondisionerlərindən tez-tez istifadə etməsi, həmçinin ağır yük daşımaları kimi məsələlər benzinin daha çox sərfiyyatına səbəb ola bilər”.

Qeyd edək ki,  iyun ayının 30-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurası Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün 10 qəpik artırılaraq 1,10 manat müəyyən edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button