Siyasət

Aİ-nin XİN rəhbərləri Azərbaycanla Ermənistanı müzakirə edəcəklər

Bu gün Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə görüşü keçiriləcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını da müzakirə predmeti olacaq.

XİN Şurasının əsas iclası Ukraynadakı münaqişə, iqtisadi təhlükəsizliyin xarici siyasət aspekti və Türkiyə ilə münasibətlərə həsr olunacaq.

Bildirilir ki, günün ikinci yarısında Aİ xarici işlər nazirləri ABŞ Dövlət katibi Antoni Blinkenlə geniş spektrli məsələlər üzrə onlayn müzakirə aparacaqlar.

Görüşün sonunda nazirlər Çin, Latın Amerikası və Karib hövzəsi ölkələri ilə iyulun 17-18-də keçirilmiş sammitin nəticələrini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və başqa məsələləri müzakirə edəcəklər.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button