Ölkə
“Aktrisanı oğluma almaram” deyirdi, indi onlara qibtə edir
“Mən öz payıma demişdim ki, aktrisa ilə evlənmərəm. Çünki bu sənətin içində idim, artıq bilirdim ki, necədir”.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov “7 Tamam” verilişində “Aktrisanı oğluma almaram” fikirlərinə cavabında deyib. Sənətçi aktyor oğlu İbrahim Çingizlə aktrisa həyat yoldaşı Aydan Axundovadan danışıb:
“Mənim lotoreyam onda udub ki, Mehriban xanımla ailə qurmuşam, bütün işləri o nizamlayıb. Övladım İbrahimlə xanımı Aydan ailədə də, sənətdə də bir yerdədirlər. İndiki dövrdə onlara baxıb qibtə edirəm”.
Qeyd edək ki, Aydan və İbrahimin bir qız övladı var.
Milli.Az