Ölkə

Alban-udi icmasının nümayəndələri Kəlbəcərdə Xudavəng monastırında

Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi xristian dini icmasının nümayəndələri Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət ediblər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Milli.Az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, dini icma nümayəndələri məbəd kompleksə aid kilsədə dini ayinlər icra edib, şamlar yandırıblar.

Qeyd edək ki, Xudavəng monastır kompleksi (IV-XIII əsrlər) – Kəlbəcər rayonunda, Vəng kəndi ərazisində yerləşən qədim alban məbəd kompleksidir. Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastırının əsası eramızın ilk əsrlərində xristian missionerlərin Qafqaz Albaniyasında təbliğatla məşğul olduqları dövrdə qoyulub. Kompleksə ümumilikdə doqquz tikili daxildir. Onlardan beşi əsas tikili, digərləri isə köməkçi və xidməti xarakterli tikililərdir. İşğal dövründə ermənilər tərəfindən Xudavəng monastırında qanunsuz bərpa işləri aparılıb, bir çox xaç elementlərində dəyişikliklər edilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button