Ölkə

Ali təhsili olan məşhurlar kimdir?

Kənardan baxan hər kəs onların rəngarəng, əyləncəli, gəlirli hesab olunan peşələrinə həsəd aparır. Səhnənin cazibəsi, parıltısı o qədər bizi cəzb edir ki, ani olaraq “Kaş ki, səsim olaydı, mən də müğənni olardım” deyə düşünmədən keçmirik. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Odur ki, səhnədə gördüyümüz “ulduzlar”ın bəziləri bu işin təhsilini alsa da, bəziləri başqa peşələrdən istedadına güvənərək bu yolu seçib. Şou-biznesdə ali təhsilli müğənnilərin sayı kifayət qədər çox olsa da, təəssüf ki, bəzilərinin ümumiyətlə heç bir ali təhsili yoxdur. 

Milli.Az bildirir ki, Azxeber-in bu dəfəki araşdırması sənət adamlarının həqiqi peşələrindən olacaq.

Xalq artisti Ağadadaş Ağayevin əsl peşəsinin müəllimlik olduğunu bilirdinizmi?

O, 1972-1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1977-1983-cü illərdə isə Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib.

Mərhum əməkdar artist Baloğlan Əşrəfov isə 1978-ci ildə ADU-nun filologiya fakültəsini bitirib. O, universiteti bitirdikdən sonra  5 il kənd məktəbində müəllim kimi çalışıb.

Müğənni Elnarə Xəlilova da müəllimlik fakültəsini bitirsə də, fəaliyyətinə müğənniliklə davam edən məşhurlardan biridir. O, 1997-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Elnarə həmçinin tibb bacısı diplomuna da sahibdir.

“Məktəb illəri, “Səs, “Bu şəhər ikimizə dar”, “Dəli eşq”, “Qızıl lalədir adım”, “Səni sevirəm” və s. mahnıları ilə məşhurluq qazanan Əməkdar artist Lalə Məmmədova da ixtisasca müəllimədir. O, Azərbaycan Dövlət Dillər Universitetinin filalogiya fakultəsini bitirib, həm də disserrtasiyasını müdafiə etməklə AMEA-da Filologiya üzrə fəlsəfə doktoru adına layiq görülüb. O, Aviasiya Akademiyasında dərs deyib.

Xalq artisti Flora Kərimova 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. O, ixtisasca həkimdir.

Sənətə hind rəqslərinin ifaçısı kimi qədəm qoyan Oksana Rəsulova ali təhsilini tibb sahəsində alıb. O, ixtisasca ginekoloq və dəri zöhrəvi həkimidir. Hazırda isə aktyorluq sahəsindəki bacarıqlarını genişləndirən aktrisa, bir çox tamaşalarda rol alır.

Aparıcı Nanə Ağamalıyeva da ixtisasca həkimdir. O, Tibb Universitetini bitirib və diş həkimidir. Heç zaman öz ixtisası üzrə çalışmayıb. 

Xalq artisti Faiq Ağayev ilk olaraq Tibb İnstituna daxil olsa da, sonra təhsilini yarımçıq qoyaraq musiqiyə yönəlib.

 

“Yeni ulduz” yarışması ilə səhnələrə ilk addımını atan Elnar Xəlilov da ixtisasca diş həkimidir. O, hazırda müğənnilik ilə yanaşı, klinikaların birində öz peşəsini də sevərək icra edir.

Əməkdar artist Abbas Bağırov Tərtər rayonunda yerləşən Maliyyə İqtisad Kollecində təhsil alıb və bir müddət bu sahədə çalışıb.

Xalq artisti Zülfiyyə Xanbabayeva Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. 

İradə İbrahimova iki ali təhsil alan müğənnidir. O, ilk olaraq Azərbaycan   Milli Konservatoriyasının solooxuma  fakültəsində təhsil alsa da, daha sonra  Azərbaycan Dillər Universitetini bitirib.

Son zamanlar ulduzu parlayan müğənni Nərmin Kərimbəyova ixtisasca hüquqşünasdır. Uzun zaman bu sahədə çalışsa da, istedadı onu səhnələrə gəlməyə vadar edib. 

Xatirə İslam isə əvvəlcə Tibb Texnikumunun tibb bacısı peşəsinə yiyələnsə də,  sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 

Avroviziya təmsilçilərimizdən Eldar Qasımovun əsl peşəsi isə Alman dili müəllimliyidir.

Tanınmış meyxanaçı Rüfət Nasosnu da ixtisasça tarixçidir. O məktəblərin birində tarix fənnindən dərs deyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button