Ölkə

Allah onları öz quyusunda inlətsin

“İnsanların çörəyinə bais olanlara, kopyasını yaradanlara, əməyini əlindən almaq istəyənlərə rəbbimdən ən ağır cəzanı istəyirəm. Onlar sevdikləri ilə bərabər o cəzanı çəksinlər, mən və pisliyi görənlər baxıb “oxay” desin”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı instaqramda canlı yayımda deyib. O, ad çəkmədən ona pislik edən şəxsə qarğış edib:

“Haqqa girməyin, qəlb qırmayın, yaxşılıq itirməyin. Allah yaxşı insanların gününü xeyirli, bərəkətli etsin. Pislər yox olmalıdır. Onları balalarımız, yaxşı insanlar üçün yox etməliyik. Yaxşılıq itirən, nankor, onun-bunun çörəyinə bais olan, çörəyini itirən, müxtəlif yollarla pislik edənləri Allah öz qazdığı quyuda inlətsin, sevdikləri ilə birlikdə. Bu cür dualar da lazımdır. Pis, paxıl insana yaxşılıq arzulamayın. Bu, yaxşı insanlara haqsızlıqdır. Olmaz, pisə pis, yaxşıya yaxşı demək lazımdır. 

Kişi olmayan kişilikdən, əxlaqsız əxlaqdan, oğru düzlükdən, savadı olmayan savaddan, üç cümləni quraşdıra bilməyən illərin yazarından danışır”. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button